Zakir Qaralovdan Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə yeni təyinat

27-04-2017, 14:25           

Prokurorluq orqanlarında yeni təyinat olub.


APA-nın məlumatına görə, baş prokuror Zakir Qaralovun imzaladığı əmrlə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Orxan İsayev tutduğu vəzifədən azad edilərək Baş İdarənin rəis müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində çalışmış İlqar Abbasov ötən gün Baş prokuror Zakir Qaralovunun müvafiq əmrlə Bakı şəhər prokuroru təyin olunub.

Səlahiyyət müddəti başa çatan Bakı şəhər prokuroru Əziz Seyidov isə aprelin 25-də Milli Məclisin qəbul etdiyi qərarla Ali Məhkəmənin hakimi seçilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru