Dərsə gedən 3 məktəbli uşaq qəzaya düşərək xəsarət alıb - Bakıda

28-04-2017, 09:55           
Dərsə gedən 3 məktəbli uşaq qəzaya düşərək xəsarət alıb - Bakıda
Bakının Sabunçu rayonunda 3 məktəbli uşağın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report" xəbər verir ki, hadisə Zabrat qəsəbəsində “Lada” markalı avtomobillə “Mercedes”in toqquşması nəticəsində qeydə alınıb.
Qəza zamanı “Lada”da olan 11 yaşlı Eyvazova Aysel Oqtay qızı və onun 13 yaşlı bacısı Eyvazova Yeganə Oqtay qızı, həmçinin 10 yaşlı Cabirov Murad Rauf oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.
“Lada” markalı avtomobilin sürücüsü taksi fəaliyyəti ilə məşğul olurmuş. Hadisə baş verən zaman o, hər üç azyaşlını S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasına dərsə aparırmış.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru