Ermənistanda ABŞ, İsrail və Rusiya vətəndaşlarına saxta diplomlar verən üç rektor həbs olunub

29-04-2017, 10:39           
Ermənistanda ABŞ, İsrail və Rusiya vətəndaşlarına saxta diplomlar verən üç rektor həbs olunub
Ermənistanda üç özəl universitetin rektoru saxta diplom verməkdə ittiham olunur.

APA-nın "Novosti Armenii" agentliyinə istinadən verdiyi məlumata görə, Milli Təhlükəsizlik Xidmətinin (MTX) mətbuat katibi Samson Qalstyan bildirib ki, saxta diplom verilməsi faktı üzrə başlanmış 3 cinayət işindən 2-i üzrə materiallar artıq məhkəməyə göndərilib.

"İstintaq sürətli aparılıb. Üçüncü iş üzrə araşdırmalar da yekunlaşmaq üzrədir", - deyə o qeyd edib.

Ermənistan MTX-nın bundan əvvəl yaydığı məlumatda bildirirdi ki, üç özəl universitetin saxta diplom verməsi barədə faktlar üzə çıxıb. Araşdırmalar zamanı məlum olub ki, saxta diplomlar təkcə Ermənistan vətəndaşlarına deyil, ABŞ, İsrail, Rusiya, İran, Gürcüstan və Özbəkistan vətəndaşlarına da verilib.

Universitetlərin rektorlarına qarşı vəzifə səlahiyyətlərini aşma ittihamı irəli sürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru