Bakıda PPX-ya məxsus avtomobil qəzaya uğrayıb, 1 nəfər yaralanıb

29-04-2017, 11:00           
Bakıda PPX-ya məxsus avtomobil qəzaya uğrayıb, 1 nəfər yaralanıb
Bakıda Suraxanı Rayon Polis İdarəsinin (RPİ) Post Patrul Xidmətinə (PPX) məxsus avtomobil qəzaya uğrayıb.
"Report" xəbər verir ki, Suraxanı RPİ-nin polis serjantı, 1977-ci il təvəllüdlü Şahbuzov Sübhan Tağı oğlu idarə etdiyi xidməti "Fiat" markalı avtomobil ilə Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisindən keçən dənizkəranı yolda hərəkətdə olarkən yolayrıcı dəmir çəpərə çırpılıb.
Qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib. Nəticədə polis ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Avtomobil Suraxanı RPİ-nin cərimə meydançasına aparılıb. Həkimlər yaralının vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsində araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru