Tayvan adasının cənub-şərqində 6 bal gücündə zəlzələ baş verib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Taydun şəhərindən 163,7 kilometr cənub-şərqdə, ocağı isə 96 kilometr dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.