Özünü qatarın altına atan Gəncə sakini xəstəxanada ölüb

30-04-2017, 11:50           
Özünü qatarın altına atan Gəncə sakini xəstəxanada ölüb
Özünü elektrovozun altına ataraq intihar etmək istəyən Gəncə sakini dünyasını dəyişib.

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, aprelin 27-də Gəncədə özünü elektrovozun altına atan 1959-cu il təvəllüdlü Quliyev Şahin Mayıl oğlu ötən gecə yerləşdirildiyi Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasının reanimasiya şöbəsində ölüb.

Ş. Quliyev bacısı xəstə olduğu üçün özünü elektrovozun altına atıb. Onun sol qolu amputasiya edilmişdi.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.