Avtomobil dərəyə aşdı - ölən var

10-05-2017, 10:14           
Avtomobil dərəyə aşdı - ölən var
Qusar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Report.az xəbər verir ki, hadisə Köhnə Xudat kəndi ərazisində qeydə alınıb.

Belə ki, Köhnə Xudat kəndindən İmamqulukənd kəndi istiqamətində hərəkət edən "VAZ-2115" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb və dərəyə aşıb.

Hadisə nəticəsində avtomobildəki sərnişin, Qusarın Gədəzeyxur kəndinin 38 yaşlı sakini Yaşar Zöhrabbəy oğlu Haqverdiyev ağır xəsarət alıb. O, Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər Y.Haqverdiyevin həyatını xilas edə bilməyiblər.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru