Bakıda gənc oğlan üstünə su çəni aşması nəticəsində ağır xəsarət alıb
8-06-2017, 09:03
Bakıda gənc oğlanın üstünə su çəni aşıb. "Report"un xəbərinə görə, hadisə Yasamal rayonunda qeydə alınıb. Belə ki, Yasamal-2, 187 ünvanında hərəkət edən 1993-cü il təvəllüdlü Həsənov Kamran Vahid oğlu üstünə plastik su çəni düşməsi nəticəsində ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Həkimlər K.Həsənovun vəziyyətini orta-ağır kimi qiymətləndirir.