Lənkəranda iki top mərmisi aşkarlanıb

9-06-2017, 08:25           

İyunun 8-də FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Lənkəran rayonun Qurumba kəndi ərazisində partlamamış hərbi sursatın (PHS) aşkar olunması barədə məlumat daxil olub.

ANAMA-dan APA-ya verilən məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilmişdir.

Agentliyin mütəxəssisləri tərəfindən həmin əraziyə baxış keçirilmiş, 2 ədəd 73 mm-lik geri təpməsiz top mərmisi (OQ-9) aşkar edilərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş sursatın ətrafında 1 000 kv.metr əraziyə yerüstü baxış keçirilmiş, təhlükəli əşya və qurğu aşkar edilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru