Bakıda 15 gün əvvəl itkin düşən həkim qadının Xızıda yandırılmış meyiti tapılıb

9-07-2015, 15:08           
Bakıda 15 gün əvvəl itkin düşən həkim qadının Xızıda yandırılmış meyiti tapılıb
Xızı rayonunun ərazisində meyit tapılıb.

Xızı Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Natəvan Əliyevanın yanmış cəsədi rayonun Yeni Yaşma qəsəbəsi ərazisində aşkar edilib. Meyitə ilkin baxış zamanı N. Əliyevanın qətlə yetirildiyi məlum olub.
Polisdən N. Əliyevanın bu il iyun ayının 25-dən 26-na keçən gecə paytaxtın Xətai rayonunda itkin düşməsi barədə ərizə daxil olduğu bildirilib.

Qeyd edək ki, N. Əliyeva paytaxtda fəaliyyət göstərən xəstəxanaların birində həkim işləyib, üç övladı var. Faktla bağlı cinayət işi başlanıb araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.