TV-lər veriliş çəkəcək deyə neftçilər niyə əziyyət çəkməlidirlər?

23-05-2025, 08:32           
TV-lər veriliş çəkəcək deyə neftçilər niyə əziyyət çəkməlidirlər?
TEREF yazır ki, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı pz sosial şəbəkə səhifəsində yazır:
Neftçi yazır ki;
Sabah 23 may 2025-ci il tarixində SOCAR Baş Ofisi və İctimaitv əməkdaşlarinin Neft Daşlarina getmələri nəzərdə tutulur. Gəmi sahildən səhər saat 08:00 da hərəkətə başlayib 10:30 da Neft Daşlarina çatmalidir.
Çəkilisə gələnlər gəmidən düşənə , avadanliqlarini düşürənə , yol gəldikləri üçün çaydan-çörəkdən dadana kimi , daha sonra çəkilişlərə hazirliq filan bu da 4-5 saat vaxt aparacaq. Bu vaxta qədər 16 gün dənizdə işləyən işçilər bunları gözləməlidir.
Təklif:
Olmazmi ki, həmin nümayəndələr Neft Daşlarına Qara Qarayev gəmisi ilə gəlsinlər və işçilərin rahatliğini pozmamaq üçün MPK gəmisi ilə geridönüş etsinlər?
Məlumunuz olsun ki, həmin MPK gəmisi Neft Daşlarindan sahilə 7 saata gedir və elə də olur ki, işçiləri bu nəqliyyatla da aparib gətirirlər. Və bizim şanli media və Baş Ofisin işçiləri mavi Xəzərin göy sularinda 7 saat romantik səyahətdən həzz alsinlar və həm də özlərini qisa müddətli də olsa bir neftci kimi hiss etsinlər!?
Mirvari Gahramanli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru