Gürcüstanda müxalifət lideri həbs olundu

23-05-2025, 08:18           
Gürcüstanda müxalifət lideri həbs olundu
Gürcüstanın müxalif “Dəyişikliklər naminə koalisiya”nın liderlərindən biri Zurab Caparidze həbs olunub.

TNS xəbər verir ki, bu barədə Tiflis şəhər məhkəməsi qərar qəbul edib.

Məhkəmə siyasətçiyə qarşı qətimkan tədbiri olaraq təyin etdiyi 20 min lari (12 426 AZN) məbləğində girovu həbslə əvəzləyib. Müxalifətçi məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, Z.Caparidze parlamentin istintaq komissiyasının qanuni tələbini yerinə yetirməməkdə ittiham olunur. Tiflis məhkəməsi ona qətimkan tədbiri kimi bu ilin aprelin 16-da 20 min lari məbləğində girov tətbiq edib. O, girovu ödəməkdən imtina edib. Məbləğin ödənilməsi üçün verilmiş müddət mayın 18-də başa çatıb.

Xatırladaq ki, eyni ittiham irəli sürülmüş Gürcüstanın keçmiş müdafiə naziri İrakli Okruaşvili də eyni məbləğdə girovu ödəmədiyinə görə mayın 14-də həbs olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru