Azərbaycanda iş yerləri çoxalıb. Xüsusilə də özəl sektorda. Lakin işləyən yoxdur.

Bu gün, 07:34           
Azərbaycanda iş yerləri çoxalıb.  Xüsusilə də özəl sektorda. Lakin işləyən yoxdur.
Əvəzində yay mövsümündə Avropaya işləməyə getmək istəyənlərin sayı fantastik şəkildə artıb. Avropa ölkələrinin Azərbaycandakı səfirliklərinə iş vizası üçün müraciət edənlərin sayı kəskin artıb. Nəticədə Avropaya təhsil almaq üçün getmək istəyənlərin də viza alması gecikir.
"Azərbaycanda iş yerləri çoxalıb" ifadəsini təsadüfən işlətmədim. Bəli. İş yerləri var. Lakin ağır iş saatları, aylıq 400-500 manata iş nə qədər desəniz var. Vətəndaş axmaq deyil.
Evindən çıxıb işə gedən orta statistik azərbaycanlı günlük nəqliyyat və qida xərcini hesablayır. Həfətnin 5 bəzən 6 günlük iş rejimi tətbiq edilir. Qida verilmir.
Aylıq ən yaxşı halda 600 manat maaş.
Özünüz hesablayın. Ondansa evində oturur.
Onsuz da aldığı maaş nəqliyyat, geyim və qidasına ancaq çatır.
Nəticədə ölkədə işsizlik artır. Cinayət çoxalır.
Məsələn Mərkəzi Bank vətəndaşların kredit borclarrının və müraciətlərinin artığını açıqlayıb.
Bu gün jurnalist dostlar sual verdilər. "Heç bir iş yeri olmayan, gəliri olmayan insanlara krediti necə götürür"?
Cavab verdim ki, "asanlıqla, son yoxsulluq səviyyəsinə yuvarlanmaqla..." .
Azərbaycanda ən xaotik və milyardlarla dövriyyəsi olan "Lombard kreditləri" var.
"Lombardlar haqqında" qanunu illərdir ki, saxlaya biliblər arxivdə. İnsanları müflis edib, son ümidini də talayırlar.
Mənzilini, "nişan üzüyünü", torpağını, avtomobilini, bilgisayarını, telefonunu girov qoyub pul krediti götürür insanımız. İnsanımız quyunun dibinə atılır.
İşləmək istəyənlər, gənclər, tələbələr "part time" üçün "staj" yazılmadan qul kimi işlədilir.
Əmək bazarında bir xaos var.
Məhz bu üzdən də Azərbaycan vətəndaşı aylarla, illərlə Avropada rəsmən mövsümü işlərə qaçır. Ölkədən beyin axını da gedir, fiziki güc də. Heç kim də kefindən getmir.
Razi Abasbəyli












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.