ABŞ-da təyyarə qəzaya uğradı, ölənlər var – VİDEO 23-05-2025, 10:24 ABŞ-da yüngülmühərrikli təyyarə qəzaya uğrayıb. Bu barədə “ABC News” məlumat yayıb.Hadisə Kaliforniya ştatının San Dieqo şəhərində, hava limanına yaxın ərazidə baş verib. Hadisə zamanı bir neçə nəfərin həlak olduğu deyilir.Ətrafa dağılan yanacaq səbəbindən 15 evdə yanğın olub. İlkin ehtimala görə, qəza şəhər üzərindəki qatı duman səbəbindən baş verib./Globalinfo.az Facebook-da paylaş