"Bu olmasa, müğənnilərin 99 %-i BATAR"

23-05-2025, 11:24           
"Bu olmasa, müğənnilərin 99 %-i BATAR"
Müğənni Şəbnəm Tovuzlu maraqlı açıqlamalar verib.

TEREF xəbər verir ki, sənətçi meyxanaçı Aqşin Fatehlə qonaq olduğu efirlərin birində toya gedən həmkarlarına dəstək çıxıb.

"Əvvəldən toylara sənətkarlar, Aşıqlar, söz ustaları gediblər. Bu gün biz məclislərə çağırılırıqsa, bu, sevilməyimiz və işimizə olan yanaşmaya görədir. Sənətkarlarımızı el şənliklərində görürəm. İndi də Nazpəri xanım hər zaman toya tələbatlıdır, çünki işini görür.

Eləcə də, Aygün Kazımova, Röya Ayxan həmişə üz üzərilərində çalışırlar. Onlar dayanmırlar, mən də dayanmayacağam. Nə qədər canımda can var, sevilirəm, tamaşaçılarım üçün oxuyacağam. Toylar olmasa, müğənnilərimizin 99 faizi batar, müflis olarlar". //Milli.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru