İranın Azərbaycandaki trolları bu üç məqama aydınlıq gətirsinlər. VİDEO
Bu gün, 10:27

2023-cü il 27 yanvarda Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edən Yasin Hüseynzadə barəsində edam qərarı verildiyi və qərarın mayın 21-i səhər saatlarında icra edildiyi bildirilir. Edam hökmü gecikmiş də olsa icra edildi. Əslində İran tərəfi bu hökmün icrasını Azərbaycan prezidenti israrla tələb etdikdən sonra həyata keçirdi.
Xatırladım ki, 27 yanvar 2023-cü il tarixində Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.
Terror hücumunu diplomatik korpusun nəzarət kameralarının qeydə aldığı 3 məqam diqqət çəkir. Gözlədim ki, bəlkə media orqanları bu məsələ haqqında yaza, amma təssüf ki, bu məsələyə toxunan olmadı. Əksinə pultu İranda olan trollar sosial şəbəkələrdə aktiv şəkildə İranın edam hökmünü yerinə yetirdiyi üçün Azərbaycanın boynuna minnət qoymağa başladılar.
İranın Azərbaycandaki trolları bu üç məqama aydınlıq gətirsinlər.
1. Terrorçunun diplomatik korpusa yaxınlaşarkən gözətçi iran polisinə salam verməsi və dərhal iran polisinin heç bir tədbir görmədən gözətçi postunu tərk etməsi.
2. Terrorçunun səfirliyə məxsus avtomobilə yandırıcı maddə atarkən özünün alışması və iran polislərinin ona yaxınlaşaraq onu paltarının alovunun söndürməsi.
3. Bir də əlavə olaraq iran post patrul maşını bir-neçə polislə terrorçuya yaxınlaşaraq qısa söhbətdən sonra yenidən ərazini tərk etməsi.
Hər üç kadrı kəsərək paylaşıma əlavə etmişəm.
Görəsən istintaq bu polislərini nə üçün istintaqa cəlb etmədi?
Deməli əsas sifarişçi cəzalandırılmadı. İstintaq ədalətsiz keçrildi .
Yuxarıda qeyd etdiyim 3 hala aydınlıq gətirə bilən varsa buyursun .
Джавид Дамирли