ABŞ 400 milyon dollarlıq hədiyyəni təhvil aldı

23-05-2025, 11:38           
ABŞ 400 milyon dollarlıq hədiyyəni təhvil aldı
ABŞ hökuməti Qətərin “Boeing 747” tipli lüks təyyarə hədiyyəsini federal qayda və tənzimləmələr çərçivəsində rəsmi olaraq qəbul edib.

“Cebheinfo.az” xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin sözçüsü Şon Parnell Qətər tərəfindən hədiyyə olunan 400 milyon dollarlıq lüks təyyarənin Pentaqon tərəfindən qəbul edildiyini açıqlayıb. Bu təyyarə Prezidentin istifadəsində olan "Air Force One" kimi istifadə oluna bilməsi üçün illərlə davam edəcək dəyişiklik və uyğunlaşdırma prosesindən keçməlidır.

400 milyon dollar dəyərindəki təyyarəyə təhlükəsizlik məqsədilə əlavə texniki sistemlərin quraşdırılması planlaşdırılır. Hərbi Hava Qüvvələri təyyarənin modernləşdiriləcəyini bildirərək bəzi texniki detalların gizli saxlandığını və bu səbəbdən əlavə məlumat verilmədiyini qeyd edib. Buna baxmayaraq, təyyarəyə əlavə olunacaq xüsusiyyətlər arasında nüvə partlayışları zamanı yaranan elektromaqnit dalğalara qarşı davamlılıq və havada yanacaq doldurma sistemi kimi texnologiyaların yer alacağı gözlənilir.

Trampın bu bahalı və lüks hədiyyəni qəbul etməsi isə ilk gündən mübahisələrə səbəb olub. ABŞ Prezidenti daha əvvəl verdiyi açıqlamalarda Qətərin təyyarə hədiyyəsi ilə bağlı “Bu hədiyyəni qəbul etməmək axmaqlıq olar”,- demişdi. Qətər isə bu təyyarənin Trampa şəxsi hədiyyə olmadığını, "hökumətlərarası bir razılaşma" çərçivəsində verildiyini iddia etmişdi. ABŞ mətbuatı tərəfindən təyyarənin əslində hədiyyə olmadığı və Trampın əvvəlcə təyyarəni almaq üçün hərəkətə keçdiyi iddia edildi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru