Ziyalı və Yüngül həkimlər.

Bu gün, 11:35           
Ziyalı və Yüngül həkimlər.
Hər sahədə olduğu kimi həkimlərin də ziyalı və yüngül xarakterliləri olur.
Bu iki insan tipi arasındakı əsas fərqlər onların düşüncə tərzində, dəyərlərində, davranışlarında və cəmiyyətə olan münasibətlərində özünü göstərir.
Ziyalı insan adətən, yüksək intellektə, geniş dünyagörüşünə və dərin biliyə malik olur. Onun üçün yüksək mənəvi dəyərlər, ədalət, vicdan və humanizm kimi anlayışlar böyük əhəmiyyət kəsb edir.
Görünüş olaraq: Adətən daha klassik və sadə geyim tərzinə üstünlük verirlər.
Sosial Mediada: Məlumatlandırıcı və maarifləndirici paylaşımlar edərək, cəmiyyətə öz töhfəsini verir və eyni zamanda dəyərlər təbliği edirlər.Ziyalılar şəxsi həyatlarını həddindən artıq nümayiş etdirməkdən çəkinir, daha çox ictimai əhəmiyyətli mövzulara fokuslanırlar.
Kolleqalarına münasibət: ziyalı həkim öz kolleqalarının işinə hörmətlə yanaşır , hər pasientin orqanizminin individual olduğunu, eyni müalicənin insanlarda müxtəlif nəticələr verə biləcəyini deyir və heç bir zaman başqa həkimin pasientinə provokativ məlumatlar verib onları qıcıqlandırmır.
Yüngül Xarakterli İnsan: Onlar üçün daha çox xarici görünüş və ani təəssüratlar önəmlidir. daha çox anlıq həvəslərin, əyləncənin və ötəri maraqların təsiri altında olurlar. Onlar daha çox maddi və səthi zövqlərə üstünlük verə bilərlər.
Görünüş olaraq: Daha çox dəbə uyğunlaşmağa, diqqət çəkməyə meyilli olurlar.
Sosial mediada: Gündəlik hadisələr, gəzintilər, yemək-içmək, alış-veriş, dostlarla əyləncə anları kimi mövzular üstünlük təşkil edir.Tez-tez selfilər, yeni geyimlər, bahalı əşyalar və ya "ideal" görünən həyat tərzinin nümayişi ön planda ola bilər.Çox zaman ümumi və klişe ifadələr, pozitivlik adı altında səthi motivasiya mesajları paylaşıla bilər.
Kolleqalarına münasibət: yüngül xarakterli həkim öz kolleqalarının işini çox zaman bəyənmir hətta yalnış müalicə kimi qiymətləndirərək başqasının pasientində inamsızlıq və əvvəlki həkiminə qıcıq yaradır. Ondan bu yalnışı düzəldə bilərsiz deyə sual ediləndə "Kim səhv edib o da düzəltsin, mən başqasının xəstəsini qəbul etmirəm" deyər, ya da "Bərpa üçün çox gecdir" , "Gərək əvvəldən mənim yanıma gələrdiz" deyər. Əslində olan isə, o sizin xəstəliyinizi müalicə edə biləcəyindən əmin deyil. Yüngül xarakterli həkim əslində bilir ki ziyalı həkimlərlə elmi rəqabətə dözməyəcək və asan rəqabət yolunu seçir- Qarayaxma.
Benjamin Karimov
TEREF













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.