Trump Harvardı xarici tələbələri qəbul etmək hüququndan məhrum edib

23-05-2025, 08:28           
Trump Harvardı xarici tələbələri qəbul etmək hüququndan məhrum edib
Harvard Universiteti terroru dəstəkləyən davranışlara görə tələbə qəbulu və mübadilə proqramında iştirak üçün nəzərdə tutulan ziyarətçi proqramı sertifikatını itirib.

APA xarici mətbuata istinadən xəbər verir ki, bu gün ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem Harvard Universitetinin tələbə qəbulu və mübadilə proqramında iştirak üçün nəzərdə tutulan ziyarətçi proqramı sertifikatının (SEVP) ləğv olunması barədə göstəriş verib.

Ətraflı "Sizə Harvard Universitetinin Beynəlxalq Tələbə və Akademik Mübadilə Proqramının lisenziyasının ləğv edildiyini bildirirəm", - ABŞ daxili təhlükəsizlik naziri Kristi Noemin universitetə göndərdiyi məktubda deyilir.

Bu o deməkdir ki, Harvard bundan sonra xarici tələbələri qəbul edə bilməyəcək və hazırda təhsil alan xarici tələbələr ya başqa universitetə keçməli, ya da hüquqi statuslarını itirməlidirlər.

İddialara görə Harvard rəhbərliyi, anti-Amerika və terroru dəstəkləyən təxribatçıların, o cümlədən bir çox yəhudi tələbənin təzyiqə və fiziki hücuma məruz qalmasına imkan verərək kampusda təhlükəli mühit yaradıb və bu, universitetin bir vaxtlar hörmətli olan təhsil mühitinə ciddi zərbə vurub.

Məlumatda xüsusilə o da qeyd olunur ki, bu təxribatçılardan bir çoxu xarici tələbələrdir.

Bundan başqabildirilir ki, Harvard rəhbərliyi həmçinin Uyğur soyqırımında iştirak edən Çin Kommunist Partiyasına bağlı paramilitar qrupun üzvlərini qəbul edib və onlara təlim keçməklə ÇKP ilə əlaqəli fəaliyyətlərdə iştirak edib.

Qeyd edək ki, bu addım, keçən ay Daxili Təhlükəsizlik Nazirliyinin Harvard üçün nəzərdə tutulmuş 2.7 milyon dollarlıq qrantı dayandırmasından sonra atılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru