Əlilliyi olan 54 mindən çox uşaq təhsilə cəlb olunmayıb

16-06-2017, 09:16           

"2016-cı ildə qeydiyyata alınmış 67 081 xüsusi təhsilə ehtiyacı olan uşaqlardan yalnız 12 469 nəfər (18%) formal təhsilə cəlb edilib. 12 469 nəfər formal təhsilə cəlb olunmuş əlilliyi olan uşaqdan 8807 nəfər (71 faiz) evdə təhsildən yararlanıb”.

APA-nın xəbərinə görə, bu barədə Təhsil Nazirliyi nəzdində De-İnstitutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin Xüsusi təhsil şöbəsinin müdiri Anar Xələfov “Azərbaycan müəllimi” qəzetindəki məqaləsində bildirib.

A. Xələfov qeyd edib ki, 2820 nəfər əlilliyi olan uşaq xüsusi təhsil internat-məktəblərində cəmiyyətdən və ailələrindən təcrid olunmuş şəraitdə, 818 nəfər isə günərzi məktəblərdə təhsil alır: “Nəticə etibarilə 54 612 nəfər xüsusi təhsilə ehtiyacı olan uşaq təhsilə cəlb olunmayıb”.
Sosial səhifələrdə paylaş












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru