Ukraynada azərbaycanlı gənclərlə erməni və yerli millətdən olan gənclər arasında dava düşüb

1-08-2017, 21:23           
Ukraynada azərbaycanlı gənclərlə erməni və yerli millətdən olan gənclər arasında dava düşüb
Ukraynada azərbaycanlı gənclərlə erməni və yerli millətdən olan gənclər arasında dava düşüb.
"Report"un xəbərinə görə, hadisə iyulun 30-dan 31-ə keçən gecə Kiyevin mərkəzindəki "Arena City" adlı gecə klubunun yaxınlığında baş verib. Hadisə yerli millətdən olan bir neçə gəncin 3 azərbaycanlı gənclə mübahisəsi ilə başlayıb. Klubdakı iki erməni gəncin qarşı tərəfdən müdaxiləsi ilə azərbaycanlılarla əlbəyaxa dava düşüb. Polis insidentə müdaxilə etməyib. Ətrafdakıların müdaxiləsi ilə yatırılan davada hər iki tərəfdən yüngül xəsarət alanlar olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru