Los-Ancelesdə naməlum şəxs Çin konsulluğunun binasına atəş açıb

2-08-2017, 09:10           
Los-Ancelesdə naməlum şəxs Çin konsulluğunun binasına atəş açıb
Naməlum şəxs Çin Xalq Respublikasının Los-Ancelesdəki (Kaliforniya ştatı) konsulluğunun binasına atəş açıb.
"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə "Los Angeles Daily News" qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, hücum edən şəxs təxminən 60 yaşında olub. O, konsulluğun binasına avtomobilindən atəş açıb. Bundan sonra isə özünü güllələyib.
İnsident zamanı konsulluğun əməkdaşları və ya ətrafdakı şəxslər arasında xəsarət alan olmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru