Erməni iş adamı Rusiyada öldürüldü

30-08-2017, 17:05           
Erməni iş adamı Rusiyada öldürüldü
Rusiyanın Çelyabinsk vilayətində erməni əsilli iş adamı Kamo Harutyunyan qətlə yetirilib.

Azvision.az xəbər verir ki, cinayətkar şəxs hələ tutulmayıb, onun axtarışları davam etdirilir.

Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, cinayət avqustun 29-da, saat 22:00-da baş verib. Ehtimal edilir ki, qətlə tərəflər arasında münaqişə səbəb olub .

Qeyd edilib ki, 36 yaşlı Harutyunyan naməlum şəxs yanına gələn zaman evin girişində olub. Bir qədər sonra onların arasında mübahisə düşüb. Cinayətkar üstündə gətirdiyi silahı çıxardarq erməni iş adamına 12 dəfə atəş açıb.

Hadisə yerindən qaçan şəxsin tapmaq üçün polis şahix axtarışına çıxıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru