Ramil Usubovdan yeni rəis təyinatı

31-08-2017, 20:00           

Daxili işlər naziri Ramil Usubov yeni rəis təyinatı ilə bağlı əmr imzalayıb.

teref.az bakupost.az-a istinadən xəbər verir ki, nazirin əmri ilə İsmayıl Məmmədov Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinə rəis təyin edilib. Faktı saytımıza polis bölməsindən təsdiq ediblər. Bildiriblər ki, rəis təyinatı ilə bağlı məlumat verilsə də, hələ kollektivə təqdim olunmayıb.

Xatırladaq ki, Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin rəisi İlham Əhmədov avqust ayının əvvəlində tutduğu vəzifədən azad edilərək sərəncama göndərilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru