Samuxda qızı qaçırtmaq istəyən gənclər qəzaya düşdü

3-09-2017, 23:40           

Samuxda yol qəzası baş verib.
teref.az xəbər verir ki, hadisə Çobanabdallı-Qarabağlar avtomobil yolunun Əhmədbəyli kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “VAZ 2106” markalı avtomobil idarəetmədən çıxaraq körpüdən Gəncə çayına düşüb.
Qəza nəticəsində sürücü, Samux rayon Sərkar kənd sakini, 1985-ci il təvəllüdlü Eldəniz Musayev və sərnişin, Göygöl rayonu Alabaşlı kənd sakini Türkan İsgəndərova ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Məlumata görə, avtomobildə olan daha iki şəxs də Samux rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Ilkin məlumata əsasən, avtomobildə olan sərnişinlərdən biri dostları ilə birgə evlənmək məqsədilə T.İsgəndərovanı qaçıran zaman yolda qəzaya düşüblər. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. (apa)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru