Mingəçevirdə hamilə qadın döyülərək ağır xəsarət alıb

4-09-2017, 08:46           
Mingəçevirdə hamilə qadın döyülərək ağır xəsarət alıb
Mingəçevirdə gənc hamilə qadın döyülüb.
"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin bağlar yaşayış massivində baş verib.
Əslən Şəki rayonunun Kiçik Dəhnə kəndindən olan 1992-ci il təvəllüdlü şəhər sakini Adamova Namilə Laçın qızı qonşuları ilə mübahisə və münaqişə zəminində döyülərək ağır xəsarət alıb. Təcili şəhər xəstəxanasına çatdırılan Namilə Adamova öncə Acil şöbəsində ilkin tibbi yardım alıb, daha sonra isə Genikologiya şöbəsinə yerləşdirilib. Burada yaralının bətnindəki körpənin vəziyyətini öyrənmək üçün qadın müayinə edilib.
Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru