Azərbaycan neftinin SON QİYMƏTİ - 56 dolları ötdü

8-09-2017, 08:51           

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 6-da 56,51 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamı gününə olan göstəricidən 0,85 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 6-da 55,87 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,85 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 6-da 52,22 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,86 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 6-da 54,7 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,86 dollar/barel çoxdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.