Nyu-Yorkda Lavrov və Tillerson arasında görüş keçirilib

18-09-2017, 09:37           
Nyu-Yorkda Lavrov və Tillerson arasında görüş keçirilib
Nyu-Yorkda Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Reks Tillerson arasında görüş keçirilib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ tərəfinin təşəbbüsü ilə keçirilən görüş 45 dəqiqə davam edib.

İlkin məlumata əsasən, diqqət mərkəzində Suriya və Ukraynadakı vəziyyət olib. Rusiyanın BMT-dəki Daimi nümayəndəliyində baş tutan görüş mətbuata qapalı keçirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.