Polisi qətlə yetirən iki silahlı məhv edildi

2-10-2017, 10:58           

Rusiya hüquq-mühafizə orqanları əməkdaşları Dağıstanda sahə müvəkkilinin qətlində iştirak edən iki silahlını zərərsizləşdiriblər.

Axar.az xəbər verir ki, bu barədə RİA hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla məlumat yayıb. Mənbənin sözlərinə görə, operativ axtarış tədbirləri zamanı hüquq-mühafizə orqanı əməkdaşları avtomobil saxlayıblar və bu zaman maşından atəş açılıb. Cavab atəşi ilə maşında olan iki silahlı məhv edilib.

Maşından silah-sursat tapılıb.

Qeyd edək ki, 30 sentyabrda naməlum kişi sahə müvəkkilini qətlə yetirmişdilər. Daha sonra qatil polisin table silahını və xidməti maşınını götürərək gizlənmişdi. Oğurlanan maşın az sonra Babayurd rayonunda, Həştərxan-Mahaçqala yolunun 500 metrliyindən tapılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru