"Report"un məlumatına görə, hadisə rayonun İkinci Nügədi kəndində baş verib. Həmin kəndin sakini olan 1990-cı il təvəllüdlü Rövşən Əlimirzə oğlu Hüseynov özünü ağacdan asaraq intihar edib.
Faktla bağlı Quba rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi açılıb, araşdırma aparılır.