Şimali koreyalı işçilər kütləvi surətdə Çini tərk edir

3-10-2017, 09:13           
Şimali koreyalı işçilər kütləvi surətdə Çini tərk edir
Çinə işləməyə gedən Şimali Koreya vətəndaşları Pekinin Pxenyana artan təsiri fonunda evlərinə qayıdırlar.
"Report" xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən "Renhap" agentliyi məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Şimali Koreyadan olan işçi qüvvəsinin böyük hissəsi vizalarının müddətini uzada bilməmələri səbəbindən geri qayıdır.
"İlin əvvəlində Dandunda 20 mindən çox şimali koreyalı işçi var idi. Lakin Çinin sanksiyaları sərtləşdirməsindən sonra onların sayı azalıb", - deyə digər mənbə əlavə edib.
Sentyabırn 12-də Pekin KXDR vətəndaşlarına vizaların müddətini uzatmağı qadağan edib, həmçinin yeni viza verilməsi prosesini sərtləşdirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru