Puerto-Rikoda "Mariya" qasırğası qurbanlarının sayı 34 nəfərə çatıb

4-10-2017, 07:28           
Puerto-Rikoda "Mariya" qasırğası qurbanlarının sayı 34 nəfərə çatıb
Puerto-Rikoda "Mariya" qasırğası qurbanlarının sayı 34 nəfərə çatıb.
"Report"un məlumatına görə, bu barədə "Reuters" qubernator Rikardo Roselloya istinadən xəbər verib.
Daha əvvəl 16 nəfərin qasırğanın qurbanı olduğu bildirilirdi. Son məlumatda isə itkilərin sayının 2 dəfədən çox artdığı məlum olub.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Puerto-Riloya gəlib. O, səfəri zamanı qasırğadan zərər çəkənlərə humanitar yardım verib.
"Mariya" həmçinin adaya külli miqdarda zərər vurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru