Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib. "Report" xəbər verir ki, Qara Qarayev prospektində, şadlıq evlərindən birinin yaxınlığında 1985-ci il təvəllüdlü Orucov Ramin Əbülfəz oğlu qadın tanışı ilə mübahisə edib. Nəticədə qadın R.Orucova bıçaq xəsarətləri yetirib. Yaralı təcili tibbi yardım xidməti vasitəsilə xəstəxanaya yerləşdirilib. Fakt Nizami Rayon Polis İdarəsinin 25-ci Polis bölməsinin əməkdaşları tərəfindən araşdırılır.