Yeni “İphone”larda bu qüsur aşkar edildi

5-10-2017, 09:27           

“iPhone X” smartfonlarında uşaqların üzünü tanıma funksiyası tam işləməyə bilər.

teref.az-nun Trend-ə istinadən verdiyi xəbərə görə, bu barədə “Apple” şirkətinin saytında qeyd edilib.

Məlumatda qeyd olunur ki, telefon 13 yaşdan aşağı uşaqların üz cizgilərini tanımaqda çətinlik çəkə bilər.

Bunun səbəbi kimi uşaqlarda bu yaşlarda üz cizgilərinin tam formalaşmaması göstərilir. Telefon sahibinin əkiz bacı və ya qardaşının olması isə bu funksiyanın işi üçün daha da çətinlik yarada bilər.

Belə hallarda telefonu adi PIN-kod və ya paroldan istifadə etməklə açmaq tövsiyə edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru