Bakıda kuryoz hadisə: araq oğurladılar, su çıxdı

5-10-2017, 15:35           
Bakıda kuryoz hadisə: araq oğurladılar, su çıxdı
Bakıda kafedən oğurluq edilib. teref.az - nun lent.az-a istinadən məlumatına gərə, paytaxt sakini Məlikov Zaur Akif oğlu polisə müraciət edərək bildirib ki, ona məxsus olan Zığ yolu 32 ünvanındakı kafedən naməlum şəxs və ya şəxslər oğurluq edib. Belə ki, gecə saatlarında kafenin vitrinindəki 15 araq şüşəsi oğurlanıb.

Şikayətçi əlavə edib ki, oğruların araq bilib apardıqları şüşələrin içində su olub. O, vitrin boş qalmasın deyə boş içki şüşələrinə su doldurub ora qoyubmuş.

Araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru