İraqın Kərkük şəhərinin Havice mahalında 1000-dən çox İŞİD terrorçusu təslim olub.
Axar.az xəbər verir ki, bu barədə ABŞ koalisiyasının Birgə Xidmət Qüvvəsinin açıqlamasında deyilib.
“Koalisiya, İraq hökuməti və İraq Silahlı Qüvvələri bu gün Havicədə İŞİD-ə qarşı uğurlu əməliyyatlardan dolayı bayram edir. Əməliyyat 14 gün davam etdi və mindən çox terrorçu təslim oldu”, - bəyanatda bildirilib.