Rusiya MN: İŞİD Suriyada 10 faizdən az əraziyə nəzarət edir
6-10-2017, 08:18
Hazırda İŞİD terror qruplaşmasının yaraqlıları Suriya ərazisində 10 faizdən az əraziyə nəzarət edir. "Report" xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib. "Rusiyanın Hava-Kosmik Qüvvələri 30 sentyabr 2015-ci il tarixində İŞİD-lə mübarizəyə qoşulduğu andan bu günə qədər "xilafət"in nəzarəti altında olan ərazilər 10 faizədək azalıb", — deyə Müdafiə Nazirliyinin sözçüsü bildirib.