Rusiya qaz qiymətində Ukraynaya güzəştə getdi

4-04-2015, 16:07           
Rusiya qaz qiymətində Ukraynaya güzəştə getdi Rusiya Ukraynaya təbii qaz verilişində güzəştli rejimin müddətini daha 3 ay artırıb. Əvvəlki razılığa əsasən, qiymətlərdə edilən endirim müddəti mart ayının sonunda başa çatırdı. Ukraynanın “Naftoqaz” şirkəti yeni güzəştli razılıq müddətinin bir il olması müraciət etsə də, “Qazprom” bununla razılaşmayıb və yeni qaydalara əsasən, ödənişin əvvəlcədən olmasını əsas şərt kimi irəli sürüb.

Razılığa əsasən, Rusiya hər min kub metrə görə “Naftoqaz”a 100 dollar güzəştə gedir. Ukraynanın enerji nazirliyinə görə, “Naftoqaz” qazın hər min kub metrinə görə “Qazprom”a, təxminən, 250 dollar ödəyəcək.

Avropa Birliyi nümayəndəliyi Moskvanın bu qərarını alqışladığını deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru