Bakıda sürücü məktəbli qızı maşınla vurub qaçdı

16-11-2017, 09:07           

Yaralıya vətəndaşlar tərəfindən ilkin tibbi yardım göstərilib
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının yaxınlığında məktəblinin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. TEREF.İNFO azxeber.com-a istinadən xəbər verir ki, hadisə günorta saatlarında yaşanıb. Yüksək sürətlə hərəkətdə olan avtomobil yolu keçmək istəyən məktəblini vurub. Hadisə nəticəsində azyaşlı qız xəsarətlər alıb. Hadisə yerinə təcili tibbi yardım maşını cəlb edilsə də, yaralıya vətəndaşlar tərəfindən ilkin tibbi yardım göstərilib. Daha sonra o, xəstəxanaya qaldırılıb.
Məlumata görə, hadisə dərs çıxışı zamanı baş verib. Yolu keçmək istəyən məktəbli qız yüksək sürətlə hərəkət edən avtomobilin altında qalıb. Sürücü hadisəni törətdikdən sonra qaçıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru