Bakıda qəfil dönmə əməliyyatı edən maşın qəzaya səbəb olub

17-11-2017, 09:07           
Bakıda qəfil dönmə əməliyyatı edən maşın qəzaya səbəb olub
Bakının Nəsimi rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un məlumatına görə, Əhmədov Ədalət Çingiz oğlu idarə etdiyi "Mercedes" markalı avtomibillə Səməd Vurğun küçəsində hərəkətdə olarkən qəfil sola dönmə əməliyyatı edib.
Bu zaman arxadan gələn Zeynalov Ələkbər Bəhruz oğlu BMW markalı avtomobillə "Mercedes"ə çırpılıb. Nəticədə BMW ağaca dəyərək dayanıb. Qəza zamanı "Mercedes"də olan sərnişinlərdən biri xəsarət alıb. Zərbənin təsirindən avtomobillər yarasız vəziyyətə düşüb.
Hadisə yerində polis əməkdaşları tərəfindən müayinələr aparılıb. Faktla əlaqədar avtotexniki ekspertiza təyin edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru