Yasamalda ara küçədən sürətlə əsas yola çıxan avtomobil iki maşına çırpılıb

17-11-2017, 09:09           
Yasamalda ara küçədən sürətlə əsas yola çıxan avtomobil iki maşına çırpılıb
Paytaxtın Yasamal rayonu ərazisində xəsarətlə nəticələnən zəncirvari qəza baş verib.
"Report"un məlumatına görə, Orxan Kərimov idarə ediyi "Lifan" markalı avtomobillə Zivərbəy Əhmədbəyov küçəsindən "20 Yanvar" metrostansiyası istiqamətində hərəkətdə olarkən Emin Eyvazovun sükanı arxasında olduğu "VAZ-21014" yüksək sürətlə ara küçədən əsas yola çıxaraq "Lifan"ın arxa hissəsinə çırpılıb.
"VAZ-21014" ardınca yol kənarında dayanan digər bir nəqliyyat vasitəsinə dəyərək dayanıb. Qəza zamanı avtomobillər yarasız vəziyyətə düşüb. "VAZ"da olan sərnişinlərdən biri xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerində olan polis əməkdaşları sürücülərin izahatını alıb. Avtomobillər cərimə meydançasına aparılıb. Faktla əlaqədar araşdırmalara başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru