Zimbabve lideri xalq arasına çıxdı

17-11-2017, 22:18           

Zimbabve lideri Robert Muqabe paytaxtdakı universitetlərdən birinə gedib və hələ də oradadır.

Virtualaz.org bildirir ki, xəbəri yerli mühafizə xidməti nümayəndəsinə istinadən RİA Novosti yayıb.

"Bəli, o, binanın içərisindədir", – deyə agentliyin həmsöhbəti bildirib.

Qeyd edək ki, bu, Zimbabve lideri Robert Muqabenin ordunun hökumətə müdaxilə etdiyi böhrandan və onun ev dustağı edildiyi barədə xəbər yayılandan sonra xalqla ilk ünsiyyətidir.

Muqabenin həftənin əvvəlindən yüksək çinli hərbçilərlə gizləndiyi iddia edilirdi. Daha sonra yayılan açıqlamada isə "Dövlət başçısı öz evindədir və təhlükəsizdir" mesajı verilmişdi.

Yeri gəlmişkən, ev dustağı olmasına baxmayaraq, Muqabe hakimiyyətdən getmək istəmir və israr edir ki, o hələ də ölkənin leqal başçısıdır.

O, həmçinin şərt qoyub ki, ona və 52 yaşlı arvadına, habelə digər ailə üzvlərinə təhlükəsizlik və həbsxanaya salınmayacaqları barədə zəmanət verilməyincə vəzifəsindən getməyəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru