Azərbaycan neftinin SON QİYMƏTİ - Ucuzlaşdı

18-11-2017, 08:37           
Azərbaycan neftinin SON QİYMƏTİ - Ucuzlaşdı
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 16-da 63,15 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,13 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 16-da 62,5 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,13 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 16-da 59,73 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,22 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə noyabrın 16-da 61,14 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,12 dollar/barel azdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.