Dünyanın qızıl təhlükəsi
4-04-2015, 16:10
Dünya artıq 20 il sonra əmtəə mallarının əsaslı defisitini yaşayacaq.
ANS PRESS-in məlumatına görə, bu barədə “Goldman Sachs” portalının analitikləri xəbər verirlər.
Onların hesablamalarına görə dünyada platin, mis və nikel ehtiyatları 40 ildən çox olmayaraq, qızıl, almaz və sink ehtiyyatları isə 20 illiyədək bəs edəcək.
“2 faktor əsasında: yer qabığında metalların çox aşağı konsentrasiyası və yüksək keyfiyyətli yataqlarının çox az sayda olması bəzi xammalların həqiqətən də tükənməsindən xəbər verir”- deyə Goldman Sachs-ın metallurgiya sektoru üzrə Avropa bölməsinin analitiki Yevgeniy Kinq bildirib.
O eləcə də əlavə edib ki, artıq 4-min ildir ki, qızıl zənginliyin göstəricisidir.
Kinq hesab edir ki, “müqayisə olunun defisit və bazarın yeni yataqların üzə çıxmaması barədə inamlı olması bu nadir metal növünü bahalaşmasında əsəs ünsür olacaq”. Bundan əlavə ekspert düşünür ki, qızılın əldə olunmasının pik həddi gələn il yaşanacaq, bu ildən sonra qızıl hasilatında azalma baş verəcək.
Lakin burada nəzərə alınası digər bir məqam da var. Qızıl hasilatçılarının sarı metalın yeni yataqlarını aşkar etməsini istisna etmək olmaz. Bu təqdirdə Goldman Sachs-ın analitiklərinin proqnozunu qismən qəbul etmək olar.
Qızıl ehtiyyatları azaldığı təqdirdə bu qızıl müharibələrinə gətirib çıxara bilər. Australia & New Zealand Banking Group-da hesab edirlər ki, qısamüddətli perspektivdə qızılın qiyməti unsiyasına 1100 dollar səviyyəsində olacaq. Bundan sonra Asiyada varlanmağın artması, investisiyaların artması və mərkəzi bankların inkişaf etməkdə olan bazarlara müdaxiləsi tələbatı artıracaq ki, bu da qiymət artımına gətirib çıxaracaq.