"United Airlines"in təyyarəsi Londonda təcili eniş edib 27-11-2017, 07:27 Münhen-Nyu-York reysini həyata keçirən "United Airlines" aviaşirkətinin sərnişin təyyarəsi Londonun Hitrou hava limanında təcili eniş edib.Trend-in "TASS"a isitnadən verdiyi məlumata görə, təcili enişə səbəb bir neçə sərnişinin özünü pis hiss etməsi olub.Həkimlər özünü pis hiss edən sərnişinlərə enişdən sonra köməklik ediblər.Məlumata əsasən, sərnişinləri başqa reyslərlə təyin ediblər. Facebook-da paylaş