Nizami metrostansiyası yaxınlığında ahıl qadını avtomobil vurub
29-11-2017, 08:37
Bakı metropoliteninin Nizami stansiyası yaxınlığında ahıl qadını avtomobil vurub. "Report" xəbər verir ki, hadisə 1956-ci il təvəllüdlü Həsənova Rəna İsrafil qızı Yasamal rayonu ərazisində yolu keçmək istəyən zaman baş verib. Hadisəni "Nissan" markalı avtomobilin sürücüsü törədib. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.