Bakının Nərimanov rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə 1991-ci il təvəllüdlü Abbasova Arzu Qasım qızı yolu keçən zaman baş verib. Qəzanı "Hyundai" markalı avtomobilin sürücüsü törədib. Yaralı sürücünün köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Fakt araşdırılır.