Masazırda yol kənarı ilə gedən uşağı motosiklet vurub
30-11-2017, 09:01
Abşeron rayonunun Masazır qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un xəbərinə görə, 2008-ci il təvəllüdlü Kiçikbəyova Aysu Ağamir qızı yol kənarında hərəkət edən zaman onu motosiklet vurub. A.Kiçikbəyova ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.