Erməni ordusunun iç üzü
15-04-2015, 12:44
Ermənistan ordusunda baş verən zorlama hadisələri müxtəlif vaxtlarda Ermənistan mətbuatında əks olunmağına baxmayaraq, ictimaiyyət müxtəlif səbəblərdən bunu açıb-ağartmamağa məcburdur və məcbur edilir. Lakin, Ermənistan ordusundan qaçaraq hazırda Avropadan siyasi sığınacaq almış Paruyr Stepanyan orduda baş verən özbaşınalıq, intihar, zorlama və ölümlər barədə beynəlxalq təşkilatlara sənədlər təqdim edib.
Artıq bu gün hərbi xidmətə çağırılan erməni gənclərin xidmət vaxtı “sındırılma”sının ən qorxunc nümunələrindən birinin “zorlama” olduğu kütləvi informasiya vasitələrinə məlumdur.
Paruyr Stepanyanın bildirdiyinə görə, erməni ordusunun zabitləri öz əsgərlərini homoseksuallığa məcbur etməklə öz şıltaqlıqlarını təmin etməyə məcbur edirlər. Əksər hallarda bu amil yaşayış yerindən uzaqda xidmət edən çağırışçıların başına gəlir. Bu halda seçim, yerli və gəlmə ermənilər arasında yerlibazlıq prinsipi əsasında tənzim olunur.
Bəzən bu amil qərargahda yüksək vəzifəli məmurların şıltaqlığı ucbatından da baş verir. Belə ki, homoseksuallığın yayıldığı erməni ordusunun yüksək rütbəli məmurları, xidmətə gəlmiş yeni əsgərlər arasından xoşlarına gələnləri qərargahda xidmət etməklə həvəsləndirərək, onlarla birgə yaşamağa məcbur edirlər. “İstəklərini” rədd etmiş əsgərləri isə döyüb, zorladıqdan sonra öz hərəkətlərinin gizlədilməsi məqsədi ilə ön cəbhəyə yola salırlar. Onlardan bəziləri bu vəhşilik arasında yaşamağı özlərinə şans saysalar da, nəticədə əksəriyyəti böyük rusvayşçılıqla xidmət yerlərini tərk edirlər.
Paruyr Stepanyanın beynəlxalq təşkilatlara göndərdiyi sənəddə deyilir ki, “Dağlıq Qarabağ Ermənistan üçün lazımlı ərazi deyil. Qarabağ indiki hərbi xuntayla barışmayanlar üçün həbsxana rolunu oynayır. Mənəvi və fiziki əzablarla keçən hərbi xidmətdən sonra cəmiyyət üçün psixi yararsız gənclər toplusu formalaşır. Erməni ordusunda hökm sürən, bu ağır və dözülməz vəziyyətlə dünyanın başqa yerində qarşılaşmaq mümkün deyil. Orduda intiharların sayı rəhbərlik tərəfindən ciddi cəhdlə gizlədilir, ölənlərin valideynləri daim təhdidlər altında yaşamağa məcbur edilir. Bu məsələlərdə beynəlxalq təzyiqlərdən qorxan hərbi rəhbərlik yaranmış vəziyyəti gizlətməyə çalışır”.
Redional Sabitlik və Təhlükəsizlik Mərkəzi