Azərbaycan neftinin qiyməti yenidən 65 dollardan aşağı düşüb
5-12-2017, 10:48
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,1 dollar və yaxud 1,67% azalıb. "Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 64,66 dollar/barelə bərabər olub. Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.